Nigeriyada məktəb binası çöküb, yüzdən çox insan dağıntılar altında qalıb

Nigeriyanın Laqos şəhərində üçmərtəbəli binanın çökməsi nəticəsində yüzdən çox insan dağıntılar altında qalıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsi məktəbdir və hadisə dərs zamanı baş verib.

Məlumata görə, çoxlu sayda şagird dağıntılar altından sağ-salamat xilas edilib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qəzanın səbəbi hələlik məlum deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey