Xərçəngin müalicəsi tapıldı – Türk alimdən İNQİLABİ ADDIM

Türkiyənin KTO Karatay Universiteti Tibb Fakültəsinin professoru Mutlu Dəmiray xərçəngin müalicəsində inqilaba imza atmaq üzrədir.

Publika.az xəbər verir ki, professor sarıkökdən əldə edilən “curcumin” molekulundan dərman hazırlayıb.

Mutlu Dəmirayın məqsədi təbii və ənənəvi üsullarla yeni texnologiyanın gücünü birləşdirmək, bu yolla xərçəngin müalicəsini tapmaq və böyük dərman firmaları ilə rəqabət aparmaqdır:

“Təxminən, 6 ildir ki, sarıkökün xərçəngin müalicəsində istifadə edilməsi ilə bağlı sınaqlar keçiririk. Sarıkökün xərçəngə qarşı istifadədə yararlı olduğunu minlərlə sınaq nəticəsində sübut etdik. Sarıköklə xərçəngin müalicəsində istifadə olunan dərmanı birlikdə istifadə etdik və uğurlu nəticə alındı. Lakin həmin dərmanı təkbaşına istifadə edəndə eyni nəticə əldə edilmədi. Sarıkökün tərkibindəki “curcumin” maddəsi qana keçmir, yağda əriyir. Bunu birbaşa damara verəcək və ya qana keçirəcək formulu əldə edə bilsək, sarıkök xərçəngdə daha çox işə yarayacaq”.

Professor bildirib ki, sarıkökdən hazırlanan formulu kütləvi istifadə etmək üçün patent alacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey