Son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı açıqlandı

Ölkədə yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən artım müşahidə olunub.

Son 24 saat ərzində ölkə üzrə 1026 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 381 nəfəri sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 369048 nəfərə çatıb. Onlardan 353612 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 12 nəfərin ölməsi ilə bərabər ümumilikdə 5347 nəfər həyatını itirib.

Hazırda ölkə üzrə karantin rejimində 84, stasionar nəzarətdə 2907, nəfər var. 747 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Xatırladaq ki, ötən gün ölkə üzrə 964 yoluxma halı qeydə alınmışdı.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey