Mestia rayonunda gürcü və azərbaycanlıların milli mətbəxi nümayiş etdirilib

Svaneti bölgəsində yerləşən Mestia rayonunda “Müstəqil uşaq və tələbə birliyi” və “Gürcüstan tələbə parlamenti”nin birgə əməkdaşlığı ilə Mestia rayonunun mədəniyyət evində açıq havada “Gürcü mədəniyyət günləri” ilə bağlı tədbir keçirilib.

Üç gün davam edən tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən qatılan yüzlərlə gənc iştirak edib.

Baş tutan mədəni mərasimdə gürcü gənclərlə yanaşı azərbaycanlı gənclər də iştirak ediblər.

Gürcüstan tələbə parlamentinin “Diaspora və Qafqaz məsələləri” komitəsinin sədri Elvin Tağıyevin verdiyi məlumata əsasən, tədbirdə gürcü milli mətbəxinin nümayişi ilə yanaşı azərbaycanlıların milli mətbəxi də nümayiş olunub.

Baş tutan tədbir gürcü rəks qruplarının çıxışları ilə davam edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey