Marqvelaşvili: “Gürcüstan ilə Azərbaycan arasındakı münasibətləri pozmaq mümkün deyil”
“Gürcüstan və Azərbaycan arasındakı münasibətləri pozmaq mümkün deyil”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvilideyib.
“Çoxəsrlik əlaqələrimiz var. Heydər Əliyev və Eduard Şevardnadze bunu inkişaf etdirib, onlar birlikdə bu regionu inkişafa aparıblar, biz də bu istiqamətdə işləməyə davam edirik”, – keçmiş prezident bildirib.
Gürcüstanın sabiq prezidenti iki ölkənin münasibətlərinin ümumi maraqlara söykəndiyini vurğulayıb.
“Biz strateji tərəfdaşlarıq. Regionu yalnız xalqlarımız üçün yox, həmçinin regiondan kənarda da çiçəklənməyə imkan verən istiqamətdə inkişaf etdiririk”, – G.Marqvelaşvili söyləyib.
Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən keçmiş prezident bildirib ki, Gürcüstan hər zaman münaqişənin sülh yolu və beynəlxalq hüquq əsasında nizamlanmasını dəstəkləyir.