Rusiya ordusu Çernomorsk limanında iki yük gəmisini vurub
Rusiya Silahlı Qüvvələri Ukraynanın Çernomorsk limanında sursat və hərbi təyinatlı yüklər daşıdığı bildirilən iki quru yük gəmisinə zərbə endirib.
Nazirliyin məlumatına görə, gün ərzində zərbə pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün nəzərdə tutulduğu bildirilən sursat və hərbi əmlak daşıyan iki quru yük gəmisi vurulub.
Bundan əlavə, Ukrayna ordusunun təchizatı üçün nəzərdə tutulan yanacaq-sürtkü materiallarının saxlanıldığı çənə də zərbə endirildiyi bildirilib.
Məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır.
