İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib
İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Əş-Şati qaçqın düşərgəsinin yaxınlığında HƏMAS-ın bir neçə yüksəkvəzifəli komandirinə qarşı hücum həyata keçirib.
Dalğatv “Azərtac”a istinadla xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrailin qoşunlarına hücumlar planlaşdıran HƏMAS-ın Nuhba xüsusi təyinatlı qüvvələrinin komandirlərinin görüş keçirdiyi yer hədəfə alınıb.
Ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.
