Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb
Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili məlumat verib.
Onun sözlərinə görə, 210 nəfər təbii fəlakət zonasından təhlükəsiz əraziyə köçürülüb, 25 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, avqustun 7-si Gürcüstanda matəm elan olunub.