İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
“İran İsrailə 100-dən az raket atıb, onların əksəriyyəti vurulub və ya hədəfə çatmayıb, lakin bir neçə raket hədəfə çatıb.”
“Dalğatv” xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Effi Defrin bildirib.
“Son bir saatda İrandan İsrailə iki raket dalğası gəlib. Hər iki dalğada 100-dən az raket atıldı. Onların çoxu zərərsizləşdirilib. Bəziləri binalara dəyib. Bəzilərinin isə havada vurulandan sonra qalıqları dağıntıya səbəb olub”.