Zelenski: “Biz yalnız döyüşürük, Qərb ölkələri uzaqdan izləyir”

“Biz yalnız döyüşürük. Rusiyanı yeni sanksiyalar çəkindirmədi. Qərb ölkələri uzaqdan müşahidə edirlər”.

24News.ge xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski çıxışında bildirib.

O bildirib ki, işğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar.

Dövlət başçısı həmçinin müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edib:
“Etiraza çıxan bütün Rusiya vətəndaşlarına demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın”, – deyə Zelenski bildirib.

Onun fikrincə, tez ya gec Rusiya və Ukrayna arasında döyüşlərin dayandırılması haqqında dialoq başlayacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey