Ukraynada hərbi helikopter qəzaya uğradı: beş ölü

Ukraynanın Rovenskaya vilayətinin Radivilovsk rayonunun Sestryatin kəndi yaxınlığında Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb.

Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə zamanı dörd ekipaj üzvü və komandir ölüb.

“Qəza zamanı ekipajın dörd üzvü və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının aviasiya briqadasının 16-cı bölməsinin komandiri ölüb”, – məlumatda qeyd edilib.
Bildirilib ki, helikopterlə əlaqə mayın 29-u yerli vaxtla 23:27-də kəsilib.

Hazırda qəza yerində xilasedici xidmətin və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, həmçinin, qəzanın səbəblərini araşdırmaq üçün Müdafiə Nazirliyinin, Baş Qərargahın və Quru Qoşunlarının nümayəndələrindən ibarət komissiya da bölgəyə yola düşüb.

Hadisənin səbəbləri araşdırılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey