Türkiyədə 6 bal gücündə zəlzələ olub
“İş yerimdə otağın divarı uçub”.
Bunu Bozkurt rayon bələdiyyəsinin sədri Birsen Çelik bildirib.
“Bir çox evin divarı çatlayıb, çöküb. Sakinlərə evlərinə girməməsi üçün müraciət edirik. Bir-iki ev uçsa da, ölüm və yaralanma faktı qeydə alınmayıb”, – deyə bələdiyyə sədri vurğulayıb.
KİV-in məlumatına görə, dağıntılar altından çıxarılan sakinlər xəstəxanaya yerləşdiriliblər.