Bələdiyyə seçkilərində kimlər qalib oldu? – SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Artıq bələdiyyə üzvlüyünə seçilən namizədlərin adları açıqlanıb.

Siyahı Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində yerləşdirilib.
Qeyd edək ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilib.

Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72 faiz olub. Belə ki, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey