Son Dəqiqə! Yeni baş nazirin kim olacağı məlum oldu…

Ölkənin yeni baş naziri hazırki Müdafiə naziri İrakli Qaribaşvili olacaq.

Bu barədə “Gürcü Arzusu”nun iclasından sonra hakim partiyanın sədri İrakli Kobaxidze açıqlama verib.

O, İrakli Qaribaşivilinin ən laiqli namizəd olduğunu bildirib:

“Bu gün partiyanın Siyasi Şurasının iclası keçirildi və Siyasi Şura yekdilliklə İrakli Qaribaşvilinin Baş nazir vəzifəsinə namizəd göstərilməsinə qərar verdi. Bildiyiniz kimi, İrakli Qaribaşvili Gürcü Arzusunun qurucusu və ölkəmiz üçün ən vacib dövrdə Daxili İşlər Naziri, daha sonra Baş nazir vəzifələrini tutmuş liderlərdən biridir. İndi Müdafiə naziri vəzifəsini tutur. O nazir və baş nazir olduğu dövrdə əhəmiyyətli islahatlar aparıb. O, Hökümətin işinə uğurla rəhbərlik edə bilən və ölkəmizin qarşısında duran problemlərin öhdəsindən gələ biləcək görkəmli təcrübəyə sahib bir mütəxəssisdir. Hökumətin yeni tərkibi ən qısa zamanda qanunla təsdiqlənəcək”, – deyə Kobaxidze bildirib.

Xatırladaq ki, İrakli Qaribaşvili 20 Noyabr 2013-cü il tarixindən 23 dekabr 2015-ci il tarixinədək Gürcüstanın Baş naziri, 2019-cu ilin sentyabrından müdafiə naziri olub. Hazırda müdafiə naziri vəzifəsini isə kimin əvəz edəcəyi məlum deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey