Son Dəqiqə! Tbilisidə parlament qarşısında polislə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşandı
Paytaxt Tbilisidə parlament binası önündə hüquq-mühafizə orqanları ilə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşanıb.
Hadisə zamanı 15 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.
Məlumata əsasən, bir neçə aydır qanunverici orqanın arxa girişində çadırlar quran fəallar, bu gün həmin çadırları parlamentin önünə daşımaq istəyiblər, polis isə onların bu isdəyinə qarşı çıxıb. Nəticədə hüquq-mühafizə orqanları ilə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşanıb.
Hazırda aktivistlər çadırların harada olduğu ilə bağlı polisdən cavab tələb edirlər. Hadisə yerində vəziyyət gərgin olaraq qalır, əraziyə çox sayda polis cəlb olunaraq təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.