Türkiyə-Gürcüstan əməkdaşlığının perspektivləri müzakirə olunub

Tbilisidə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Gürcüstan-Türkiyə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Eyni zamanda, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin 8-ci görüşünə dair məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Mövlud Çavuşoglu Gürcüstana nazirlərin üçtərəfli görüşündə iştirak etmək üçün gəlib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey