Dmanisidə baş verən insidentlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama…
“Dmanisidə baş verən insidentlərlə bağlı istintaq davam edir”.
Bu barədə Daxili İşlər nazirinin müavini Aleksandre Daraxvelidze, jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hər iki hadisə ilə bağlı istintaq artıq başladılıb:
“Daxili İşlər Nazirliyindən dünən də aydınlıq gətirildi və bir daha təkrar edirəm ki, Dmanisidə baş verən həm ilk həm də dünənki hadisələrlə bağlı istintaq başladılıb və müvafiq əməliyyat-istintaq və prosessual hərəkətlər davam edir. Hələ heç kim saxlanılmayıb. Dünən bir neçə nəfər dindirilməyə aparıldı və onlar dindirildikdən sonra sərbəst buraxılıblar”, – deyə A. Daraxvelidze bildirib.