Zurabişvili: “Bu il Gürcüstan üçün siyasi baxımdan önəmli ildir”
“Ölkəmiz üçün bizi çətin bir yolda dəstəkləyəcək güclü bir dostumuzun olması çox vacibdir”.
Bu sözləri Prezident Salome Zurabişvili Litvalı həmkarı Gitanas Nauseda ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında deyib.
S. Zurabişvili bu il Gürcüstan üçün siyasi baxımdan önəmli il olduğunu bildirib:
“Bu il Gürcüstan üçün siyasi baxımdan vacib bir ildir. Avropa Birliyi bu məsələdə mühüm rol oynadı, daxili siyasi böhrandan çıxmaqda bizə dəstək oldu. Bu Gürcüstanın siyasi sabitliyinin AB üçün nə qədər vacib olduğuna işarə idi. Bu addım heç vaxt unutmamalıdır. Bu il Gürcüstanın daxili siyasi məkanı baxımından da əhəmiyyətlidir, çünki oktyabrda seçkilərimiz olacaq və burada bu sabitliyin daha da dərinləşəcəyini göstərməliyik və bu, yaxınlaşmaq və Avropa Birliyinə inteqrasiya üçün əsas vasitədir”, – deyə S. Zurabişvili bildirib.
Xatırladaq ki, Litva prezidenti Gitanas Nausedani iki günlük Gürcüstanda rəsmi səfərdədir.