Daxili İşlər Nazirliyi parlamentin qarşısında baş verənlərlə bağlı açıqlama yaydı
Parlament qarşısında keçirilən mitinq zamanı 20 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, 20 nəfərin hamısı İnzibati Məcəllənin qanuni əmrinə və ya bir icra məmurunun tələbinə tabe olmadığı üçün, 173-cü maddəyə əsasən saxlanılıblar.
Məlumat üçün qeyd edək ki, bir neçə aydır qanunverici orqanın arxa girişində çadırlar quran fəallar, bu gün həmin çadırları parlamentin önünə daşımaq istəyiblər, polis isə onların bu isdəyinə qarşı çıxıb. Nəticədə hüquq-mühafizə orqanları ilə vətəndaş fəalları arasında fiziki qarşıdurma yaşanıb.
Hazırda aktivistlər çadırların harada olduğu ilə bağlı polisdən cavab tələb edirlər. Hadisə yerində vəziyyət gərgin olaraq qalır, əraziyə çox sayda polis cəlb olunaraq təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.