Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, nazir, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirlik əməkdaşları Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət ediblər.

Müdafiə naziri büstün önünə əklil qoyub.

Səfər çərçivəsində Z.Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşəcək. Nazirin Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də planlaşdırılıb.

Müdafiə nazirinin qonşu ölkəyə rəsmi səfəri yanvarın 22-də başa çatacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey