Rusiya sülhməramlıları Şuşaya gedən avtomobil karvanını müşayiət edib
“Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycan Respublikasının nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin edib”.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb. Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”, – deyə nazirlikdən bildirilib.