Baş nazir ölkəyə gətiriləcək peyvəndlə bağlı açıqlama verdi

“Yaxın həftələrdə Gürcüstana koronavirus əleyhinə vaksinin gətiriləcəyi gözlənilir”.

Bu barədə baş nazir Giorgi Qaxaria açıqlama verib.

Baş nazir ilin sonunadək ölkə əhalisinin 60%-nə vaksinin vurulmasının əsas hədəflərdən biri olduğunu bildirib:

“Bizim əsas hədəfimiz odur ki, il sonunadək əhalinin minimum 60%-na vaksinasiya həyata keçirilsin. Buna görə də beynəlxalq platformlarda əməkdaşlıq nəticəsində ölkəyə yaxın həftələrdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınan vaksin gətiriləcək”, – deyə Qaxaria əlavə edib.

O qeyd edib ki, peyvənd prosesi hökumət tərəfindən təsdiqlənən plana uyğun olaraq hədəf qruplarına vurulacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey