Türkiyədən və digər 11 ölkədən Gürcüstana gəlmək istəyənlərin nəzərinə…
Türkiyə vətəndaşları PCR test sənədi ilə Gürcüstana asan şəkildə daxil ola biləcəklər.
Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat yayıb.
Məlumata əsasən Türkiyə vətəndaşları son 72 saat ərzində aparılmış PCR test cavabı ilə Gürcüstana hava yolu üzərindən asan şəkildə səyahət edə biləcəklər.
Gürcüstana daxil olmaq istəyən şəxslər aşağıdakı şərtləri yerinə yetirməlidirlər:
1.) Gürcüstana hava yolu ilə səyahət etmək məcburiyyətindədirlər. (Quru və dəniz sərhədləri hələ də bağlıdır).
2.) Gürcüstana gələn Türkiyə vətəndaşı sərhəd keçid məntəqəsində son 72 saat ərzində aparılmış PCR testin mənfi cavabını təsdiqləyən sənəd təqdim etməlidir.
3.) Sərhədi keçdikdən sonra 3-cü gün öz hesablarına PCR testdən keçməlidirlər;
4.) Gürcüstanın dövlət sərhədini keçməzdən əvvəl son 14 günlük səyahət tarixçəsini əks etdirən xüsusi elektron formanı doldurmalı və Gürcüstana səfəri zamanı yaşayacağı yeri, əlaqə məlumatlarını qeyd etməlidir.
5.) Son 14 gün ərzində vətəndaşların Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səyahət tarixçəsi mövcüddursa, 12 günlük karantində qalmaları məcburi olacaq. Bu halda isə, vətəndaşaların sərhəddə PCR testi təqdim etmələri və 3-cü gündə yenidənPCR testinin etmələri artıq məcburi olmayacaq.
Qeyd edək ki, Türkiyə ilə birlikdə 11 ölkəyə bu qayda şamil edilir. Sözügedən ölkələri aşağıda sizə təqdim edirik:
1.) – AB üzv dövlətlər;
2.) – İsrail;
3.) – İsveçrə Konfederasiyası;
4.) – Norveç Krallığı;
5.) – Amerika Birləşmiş Ştatları;
6.) – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;
7.) – Səudiyyə Ərəbistanı Krallığı;
8.) – Qətər Dövləti;
9.) – Birləşmiş Ərəb Əmirlikləri;
10.) – Bəhreyn Krallığı;
11.) – Türkiyə Respublikası.