Kobaxidze Türkiyədə baş verən faciə ilə əlaqədar prezident Ərdoğana başsağlığı verib
Baş nazir İrakli Kobaxidze Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş vermiş faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verib.
Hökumət başçısı bu barədə X sosial media hesabında qeyd edib.
İrakli Kobaxidze başsağlığında türk xalqı ilə həmrəylik ifadə edib:
“Türkiyədə Kartalkaya dağ-xizək kurort otelində baş vermiş dəhşətli yanğın məni dərindən kədərləndirdi. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, həlak olanların ailələrinə başsağlığı veririk və türk xalqı ilə həmrəyik”, – deyə Kobaxidze qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyədə Kartalkaya xizək kurortunda yerləşən otellərdən birində yanğın baş verib. İstanbulun 270 kilometrliyində yerləşən Kartalkaya xizək kurortunda baş verən yanğın zamanı 66 nəfər ölüb, 51 nəfər isə yaralanıb.