Tbilisidə İran səfirliyi qarşısında keçirilən aksiya zamanı bir qadın saxlanılıb

Tbilisi şəhərində İran İslam Respublikasının səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı bir qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Dalğatv xəbər verir ki, polis əməkdaşları aksiyanın iştirakçısından yol hərəkəti hissəsini tərk edərək etirazını səkidə davam etdirməsini tələb edib. Lakin vətəndaş polis əməkdaşlarının qanuni tələbinə əməl etmədiyindən saxlanılıb.

Gecə saatlarında başlayan aksiyaya həm Gürcüstan, həm də İran vətəndaşları qatılıblar. Etirazçılar İranda baş verən aksiyalara dəstək ifadə edib, hakimiyyət orqanlarının etiraz iştirakçılarına qarşı zorakılıq tətbiq etməsini pisləyiblər.

Qeyd edək ki, İranda etiraz aksiyaları paytaxt Tehran şəhərində milli valyutanın kəskin dəyər itirməsi fonunda təxminən iki həftə əvvəl başlayıb və qısa müddət ərzində ölkənin 50-dən çox şəhər və yaşayış məntəqəsini əhatə edib. Yerli və beynəlxalq media orqanlarının məlumatlarına görə, baş verən hadisələr nəticəsində çoxsaylı etirazçı həlak olub və müxtəlif dərəcəli xəsarətlər alıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey