Tbilisidə bazarda güclü yanğın başlayıb

Tbilisinin Aqladze küçəsində baş verən güclü yanğın lokallaşdırılıb.

Bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Məlumata əsasən, yanğın tikinti materialları anbarında baş verib. Hadisə yerinə 12 yanğınsöndürmə briqadası cəlb olunub. Alovun tam aradan qaldırılması üzrə tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbi hələ məlum deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey