Son Dəqiqə! Zuqdidi şəhərində cinayətkar girovları azad etdi…
Zuqdididə “Bank of Georgia”-ya hücum zamanı girov götürülən bütün şəxslər sərbəst buraxılıblar.
Bu barədə hadisə yerindəki hüquq mühafizə orqanları tərəfindən mətbuata verilən müsahibədə bildirilib.
Girov olan İrakli Kvaratsxeli deyib ki, cinayətkarın tələb etdiyi pul ona verilib:
“Üç kişi xaricində hamımız sərbəst buraxıldıq. Bir polis məmuru pul gətirdi və bir neçə dəqiqə sonra soyğunçu ilə birlikdə binadan çıxacaqlar. Dəstəklərinə görə hər kəsə dərin təşəkkürlər. Yəqin ki, indi məni dindirməyə aparacaqlar”, – deyə Kvaratsxeli bildirib.
Qeyd edək ki, “Bank of Georgia”-ya daxil olan soyğuncu 500 000 dollar və bank ərazisindən çıxması üçün 2 təklif edirdi, seçimi isə polisə buraxırdı. Təklifin biri maşın vasitəsi ilə əsirlərlə birlikdə hadisə yerini tərk etməsi, ikincisi isə tək olaraq helikopter vasitəsi ilə hadisə yerini təhlükəsiz şəkildə tərk etməsinin təmin olunması idi. Hələlik bu təkliflərdən hansının qəbul olunduğu bəlli deyil.