Ədliyyə evinin Qardabanidə ilk filialı açılacaq

Qardabani rayonunda ilk Ədliyyə evi inşa olunur.

24News.ge xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

Ədliyyə nazirinin müavini Soso Giorqadze tikinti işləri ilə yerində tanış olub.

Bildirilib ki, Ədliyyə evinin Qardabani filialının inşası artıq yekun mərhələdədir. İdarə bu ilin yazınadək vətəndaşların ixtiyarına veriləcək. Qardabani sakinlərinə 450-dən çox xidmət göstəriləcək.

Ədliyyə evində həmçinin nikah zalı da yaradılacaq. İdarədə 17 nəfər çalışacaq.

Qardabani Ədliyyə evi Kvemo Kartli bölgəsində açılacaq dördüncü filial olacaq. Qeyd edək ki, Rustavi, Marneuli və Bolnisidə ədliyyə evləri fəaliyyət göstərir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey