İrakli Qaribaşvili Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ilə görüşüb
Baş nazir İrakli Qaribaşvili ölkəmizdə səfərdə olan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi qəbul edib.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Məlumata əsasən, görüşdə Gürcüstan və Azərbaycan Respublikası arasında hər iki ölkə üçün prioritet olan strateji əməkdaşlığın istiqamətləri nəzərdən keçirilib. Mövcud səmərəli əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqları bildirilib.
Baş nazirin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir və iki ölkə arasında çox yaxşı münasibətləri mövcuddur.
Görüş zamanı iqtisadiyyat sahəsində əməkdaşlığa da toxunulub.
Baş nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan Respublikası etibarlı tranzit tərəfdaşlarıdır və birgə nəqliyyat dəhlizi etibarlı paylama kanallarına və qlobal bazarlara çıxış imkanı yaradır.
Regional əhəmiyyətli infrastruktur layihələrinin tam fəaliyyət göstərməsinin vacibliyi və Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia iştirak edib.
Hökumət administrasiyası məlumat yayır.