Gürcüstandan bu il 4000-ə qədər qanunsuz miqrantın deportasiyası planlaşdırılır
Dalğatv- nin məlumatına görə, Gürcüstanda 2026-cı il ərzində 4000-ə qədər qanunsuz miqrantın deportasiya edilməsi planlaşdırılır.
Bu barədə Gürcüstanın daxili işlər naziri Qela Qeladze açıqlama verib. Nazir bildirib ki, 2025-ci ildə ölkədən 1300-dən çox qanunsuz miqrant deportasiya olunub.
“Cari ildə artıq 400-dən çox qanunsuz miqrant deportasiya edilib. Ötən həftə ictimaiyyətə 2025-ci ildə 1300-dən artıq qanunsuz miqrantın ölkədən çıxarıldığını açıqladım. Bu istiqamət bizim prioritetlərimizdən biridir və 2026-cı ildə 4000-ə qədər qanunsuz miqrantın deportasiyasını planlaşdırırıq”, — deyə nazir vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze daha əvvəl bəyan edib ki, 2026-cı il martın 1-dən etibarən əcnəbilərin işə götürülməsi qanunvericiliklə əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.
