Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında viza rejiminin ləğvinə dair saziş imzalanıb.

2025-ci il aprelin 23-də Pekin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə iki ölkə arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib. Tədbir çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb.

Sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ imzalayıblar.

Bu sənədin imzalanması iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcək və vətəndaşların qarşılıqlı səfərlərini asanlaşdıracaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey