Baş nazir komendant saatı ilə bağlı açıqlama edib: “Komendant saatı 1-2 saat…”
“Ölkəmizdə 1-2 həftədən sonra komendant saatı 1-2 saat geriyə (22:00 və ya 23:00-a) çəkilə bilər”.
Bu barədə biznes sektorunun nümayəndələri ilə görüşdə baş nazir Giorgi Qaxaria bildirib.
IG Development-in qurucusu Mindia Sabanadze, baş nazirlə bu barədə danışdıqlarını və Giorgi Qaxarianın vəd verdiyini bildirib:
“Hakimiyyətin və baş nazirin biznesin tez bir zamanda işləməsi və inkişaf etməsi arzuları var. Dayandırılmış sektorların işə salınması planlaşdırılır. Həmçinin baş nazirlə komendant saatının ən azı 1 və ya 2 saat çəkilməli olduğu barədə də danışdıq və o yoluxma müsbətini 1-2 həftə müşahidə edib sonra bu barədə qərar verəcəyi vədini verdi”, – deyə Sabanadze bildirib.
Qeyd edək ki, Saat 21:00-dan 05:00-a qədər hərəkətə qoyulan qadağa zamanı, təcili olaraq hərəkət etmək istəyən şəxslər 144 (ardından 1-i seçərək) nömrəsinə zəng edərək icazə ala bilərlər.