Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub
Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, təkanlar yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.