Türkiyədə baş verən yanğınlar səbəbi ilə Sadaxlı eli yardım kampaniyasına başlayıb

Bu gün Marneuli rayonunun Sadaxlı kəndində, Sadaxlı ərazi vahidliyinə daxil olan bir neçə kəndin sakinləri görüş keçiriblər.

Görüşün əsas məqsədi, Türkiyədə bir neçə gündür davam edən güclü yanğından əziyyət çəkən, Türk xalqına dəstək olmaqdır.

Görüşdə çıxış edən kənd ziyalıları və kəndin bələdiyyə deputatı Rövşən İskəndərov, Türkiyəyə dəstək vermək üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Qeyd edək ki, kəndin mərkəzində baş tutan görüşdən sonra, Türkiyəyə yardımların toplanılmasına başlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey