Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunan marafon başlayıb
Tbilisidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan Marafon strat götürüb.
24News.ge xəbər verir ki, Marafon ümummilli lider Heydər Əliyevin adını daşıyan Tbilisi şəhərindəki parkdan başlayıb.
30 km məsafəni qət etmək üçün, marafona 200-dən artıq şəxs qatılıb.
Marafonda ilk üç yeri tutan şəxslər Səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin “finish” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.
Qeyd edək ki, marafon Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyi (SOCAR), Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birlikdə təşkil olunub.