Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar Tbilisidə Heydər Əliyevin büstü ziyarət olunub

Paytaxt Tbilisidə 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Ziyarətdə “SOCAR Energy Georgia” şirkətinin nümayəndələri, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın QHT və media təmsilçiləri iştirak ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey