Marneulidə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı tədbir keçirilib

Marneulidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə iki hissədən ibarət tədbir keçirilib.

24News.ge xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ilk öncə “Ata Holding”in direktoru Məhəbbət İmanov çıxış edərək qonaqları salamlayıb, Vətən Müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra GAİM-in icraçı direktoru Orxan Pirverdiyev müstəqillik günü münasibətilə hərkəsi təbrik edib və Azərbaycan xalqının hansı çətinliklərlə müstəqilliyi əldə etdiyi barədə məlumatlar verib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Eldar Bayramov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət komitəsinin Gürcüstan və türkdilli dövlətlər şöbəsinin müdiri Vüsal Məmmədov, 44 günlük Vətən Müharibəsinə diqqət çəkərək, Gürcüstan azərbaycanlılarının milli vətənə bağlılıqları və maddi mənəvi Azərbaycanın yanında durduqları barədə danışıblar.

Baş tutan tədbirdə həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət komitəsinin sektor müdiri Zaur Ramazanov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və ictimaiyyət adamları çıxışlar edərək dünya azərbaycanlılarını bu gün münasibətilə təbrik ediblər.

Qeyd edək ki, tədbirin ikinci hissəsi “Ata Holding” mərkəzinin önündə baş tutub. Tədbir çərçivəsində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı rəsm və inşa üzrə müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblərə pul mükafatı və sertifikatlar təqdim olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey