Baş nazir Gürcüstanda səfərdə olan ABŞ-ın Müdafiə nazirini qəbul edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili, ölkəmizdə səfərdə olan ABŞ müdafiə naziri Lloyd Austin ilə görüşüb.

Bu barədə Hökumət Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, baş nazir Lloyd Austinə təşəkkür edib və səfərinin ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə dair çox güclü bir mesaj olduğunu bildirib.

O qeyd edib ki, bu səfər ABŞ-Gürcüstan yüksək səviyyəli münasibətlərinin daha bir bariz nümunəsidir və ABŞ-ın Qara dəniz və Cənubi Qafqaz bölgələrinə davamlı marağını və iştirakını göstərir.

ABŞ müdafiə naziri Lloyd Austin isə, səmimi qəbula görə baş nazirə təşəkkür edib və Gürcüstana səfərinin ABŞ ilə Gürcüstan arasındakı sıx tərəfdaşlığın təsdiqi olduğunu qeyd edib.

O, “3+3” əməkdaşlıq formatına da münasibət bildirib və Gürcüstan ərazisinin 20 faizini işğalda saxlayan Rusiyanın hər hansı bir əməkdaşlıq formatı barədə danışmazdan əvvəl 2008-ci ilin atəşkəs razılaşması çərçivəsində öhdəliklərini yerinə yetirməli olduğunu bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey