Stokholm Polşaya dəstək verməyə hazırdır

İsveç Ukraynaya 70 milyard kron (təxminən 7,5 milyard dollar) dəyərində yeni hərbi yardım paketi elan edib. O, yaxın iki il ərzində veriləcək.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, müdafiə naziri Pol Yonson vəsaitin əhəmiyyətli hissəsinin İsveç Müdafiə Materialları Agentliyi vasitəsilə silahların, o cümlədən Ukrayna ordusunun cəbhədə istifadə etdiyi əlavə “Archer” artilleriya sistemlərinin alınmasına sərf olunacağını bildirib.

Bundan əlavə, o qeyd edib ki, İsveç Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olması ilə bağlı son insidentdən sonra bu ölkəyə hərbi dəstək verməyə hazırdır. Polşa NATO təyyarələrinin köməyi ilə bir neçə aparatı vurub – ilk dəfə alyans Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı rəsmi olaraq silahdan istifadə edib.

Nazir vurğulayıb ki, Stokholm Varşava ilə tam birlikdədir və Polşa tərəfi belə bir ehtiyac bildirərsə, resursları təqdim etməyə hazırdır. Eyni zamanda o, istənilən qarşılıqlı fəaliyyətin NATO çərçivəsində həyata keçiriləcəyini dəqiqləşdirib.

Moskva Polşaya hücumla bağlı ittihamları rədd edərək, pilotsuz təyyarələrinin yalnız Ukraynanın qərbindəki hərbi obyektləri vurduğunu və Polşa ərazisində hədəflərinin olmadığını bildirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey