Əliyev Zəngilana səfəri zamanı dedi: “Zəngilandan Naxçıvana, oradan da Türkiyəyə və Avropaya yol açılacaq”

“Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz – burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub”.

Bunu Prezident İlham Əliyev okryabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

İlham Əliyevlə sakinlər arasında söhbət belə davam edib:
Sakin: “Cənab Prezident, xatırlamasam, günah olar, bizim Zəngilan rayonunun ərazisində böyük Mincivan stansiyası yerləşirdi. Sovetlər dönəmində oraya hansı qatarlar gəlmirdi – Bakı-Qafan, Bakı-Noraşen, Bakı-Mincivan. O qatarlar bizim arzularımız idi. Bu yerlərin, yurdların insanları öz vaxtını, zamanının ölçüsünü o qatarların hərəkət qrafiki ilə qururdular. İndi Siz Azərbaycanın dəmir yollarını Zəngəzura və dünyaya açırsınız. Tezliklə o yollarla böyük qatarlar gələcək. Bu qatarlar Azərbaycanı dünya ilə qovuşduracaq”.

İlham Əliyev: Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey yoxdur, dəmir yollarını onlar çoxdan daşıyıb aparmışdılar. O relslərdən tank əleyhinə istehkamlar qurmuşdular. Stansiyanın binası da tamamilə dağılmış vəziyyətdə idi. İndi isə buradan Naxçıvana yol açılacaq. Oradan da Türkiyəyə, oradan da Avropaya”.

Qeyd edək ki, artıq Zəngilan rayonunda yaşayış evləri, park, iaşə obyektləri və s. üzrə tikintilər çox sürətlə davam edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey