Marneuli bazarında güclü yanğın baş verib

Axşam saatlarında Marneuli bazarında güclü yanğın baş verib.
Dalğa tv “24news” xəbər saytından aldığı məlumata əsasən, baş verən yanğın nəticəsində 8-dən çox ticarət obyektinə ciddi ziyan dəyib.

Yanan obyektlərin ətrafında olan digər obyekt sahibləri isə mallarını ərazidən çıxara biliblər.

Hazırda Marneuli mərkəzi bazarına çox sayda yanğınsöndürənlər cəlb olunub.

Hadisə zamanı vətəndaşlar arasında xəsarət alan olmadığı bildirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey