Gürcüstanda dini icmalar nazirlərin çıxışlarına etiraz etdilər…

Gürcüstanda dini icmalar Regional inkişaf və İnfrastruktur naziri Maia Tskitişvilinin açıqlaması ilə bağlı etiraz bəyanatı yayıblar.

Sözügedən dini birliklər hökumət nümayəndələrini diskriminasiya yönlü çıxışlardan çəkinməyə çağırıblar.

Dini icmaların yaydığı birgə bəyanatı olduğu kimi sizə təqdim edirik:

“Bu müraciəti imzalayan dini icmalar Gürcüstan iqtidarının vitse-premyeri Maia Tskitişvilinin bəyanatına görə narahatçılığımızı bildiririk. Xanım Maia Tskitişvili noyabrın 27-də bəyan etdi ki, yanvarın 6-sı və 7-sində, məhdudiyyətlərə rəğmən, pravoslav kilsəsi üçün istisna ediləcək, çünki əhalinin əksəriyyəti pravoslavdır və bütün rəsmi tətil günləri pravoslav dininə aiddir.

Həmçinin, pandemiya ilə mübarizəyə yeni başlanan zaman, 2020-ci ilin aprelin 14-də, baş nazir Giorgi Qaxarianın bəyanatı bizi narahat etmişdi, hansı ki, o açıqlamasında fövqəladə vəziyyət zamanı, Gürcüstanın dövlət konfessiyasına əsasən, dominant dini birləşməsi üçün fərqli rejim olacağını və biz pravoslav bir ölkəyik deməsi digər dini icmaları narahat etmişdir.

Baş nazirin bu kökündən yanlış bəyanatı əlbəttə ki, Gürcüstan konstitusiyasına və dövlətçiliyinə ziddir, çünki Gürcüstan konstitusiyası ilə, din və dövlət bir-birindən ayrıdır. Dini aidiyyata görə, seçmək isə, qanunla qadağandır.

Ancaq o zaman, pandemiyaya və ölkədəki gərgin vəziyyətə görə, biz o şərhə cavab vermədik. Xanım vitse-premyerin yeni bəyanatı isə, aşkar olaraq, diskriminasiya xasiyyətini daşıyır.

Ürək ağrısı ilə, bildirmək istəyirik ki, pandemiya zamanı, qeyri-dominant dini qruplar olaraq, dəfələrlə diskriminasiya hallarına məruz qaldıq.

Əgər dominant dini birləşmələr və onun dindarları üçün heç bir məhduddiyyət yoxidisə, əksinə, bütün növ məhdudiyyətlər sadəcə qeyri-dominant dini birləşmələr üçün qüvvədə idi.

Əgər kilsələrdə çox sayda insanların iştirak etdiyi dini mərasimlərə icazə verilirsə, qeyri-dominant dini birləşmələrin dini mərasimləri niyə qadağan edilir?

Gürcüstan qanunvericiliyi bu baxımdan, hərhansı dini birləşməyə üstünlük vermir axı.

Bu məktubu imzalayan dini birləşmələr pandemiya ilə bağlı məhdudiyyətlərə sosiyal məsuliyyətlə yanaşırıq. Nə qədər ağır bir xəstəliklə qarşı-qarşıya olduğumuzu dərk edirik və onu da bilirik ki, belə halda bütün əhalinin diqqətli olması önəmlidir.

Məhz belə hallarda, iqtidar tərəfindən atılan addımlar əhalidə ədalətsizlik hissi yaratmamalıdır və diskriminasiya xasiyytəli olmamalıdır. Biz bunu qəbul etmirik.

Biz dini fərqliliyə rəğmən, qanun qarşısında bərabərik və bu bərabərlik prinsipi Gürcüstan konstitusiyası ilə qorunub!

Gürcüstan iqtidarına müraciət edirik, pandemiya ilə mübarizə fonunda, diskriminasiya xarakterli bəyanatlara və addımlara yol verilməsin və dominant dinə üstünlük verilərək, digər dini konfessiyalara qarşı ədalətsizlik edilməsin.

Biz pandemiya ilə bağlı məsələlərin müzakirəsi üçün, Gürcüstan iqtidarı ilə görüşməyə hazırıq”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, sözügedən bəyanatı Gürcüstan Müsəlmanlar Birliyi, Evangelist kilsəsi, Eveangelist-baptist kilsəsi, Müsəlmanlar birliyi Ahmadia, “Həyat sözü” evangelist kilsəsi, Kvakerlərin dostlar cəmiyyəti, Böyük Svedenborqun dini cəmiyyəti, “Xilas etmə ordusu” və digər dini birləşmələr imzalayıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey