Azərbaycan Ordusu Laçın rayonuna daxil oldu
Gecə saatlarında Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub.
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu Azərbaycan Ordusuna təhvil verilib.
Qeyd edək ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən ermənilər Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.
Azərbaycan hərbçilərinin gecə saatlarında Laçın rayonuna daxil olduğu kadırları sizə təqdim edirik: