Gürcüstanda avtomobil qəzası – 13 nəfər yaralandı

Borjomidə avtomobil qəzası nəticəsində 13 nəfər xəsarət alıb.

24News.ge xəbər verir ki, bu barədə “Mtavari Arxi” kanalı məlumat yayıb.

Məlumata əsasən, hadisə Borjominin Likani bölgəsində baş verib, hadisə zamanı sərnişin avtobusu və minik maşını bir-biri ilə tokkuşub, qəza nəticəsində 13 nəfər xəsarət alıb. Xəsarət alanların müxtəlif bədən nahiyələrində qırıq, şiş və yaralar olduğu bildirilir.

Faktla bağlı, Daxili İşlər Nazirliyi cinayət məcəlləsinin 276-cı maddəsi ilə cinayət işi açıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey