“Avropalı Gürcüstan” partiyası Marneuli-Qardabani üzrə majoritar namizədini təqdim etdi
“Avropalı Gürcüstan” partiyası bu gün regionlar üzrə majoritar namizədlərini açıqlayıb.
“Avropalı Gürcüstan”ın Marneuli-Qardabani majoritar seçki dairəsindən namizədi Əhməd İmamquliyev olacaq.
Təqdimat mərasimi paytaxt Tbilisidə, partiya liderlərinin iştirakı ilə baş tutub.
Qeyd edək ki, İmamquliyev “Avropalı Gürcüstan” partiyasın Marneuli rayon təşkilatının rəhbəri və Marneuli Bələdiyyə Məclisinin üzvüdür.