Türkiyədə terrorçular müdafiə sənayesinə hücum edib, ölən və yaralanan var

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında terror aktı baş verib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə mətbuatı hücumu həyata keçirən terrorçuların şəkillərini yayıb. Görüntülərdə biri qadın olmaqla 3 terrorçunun taksi ilə şirkətin qapısına gələrək odlu silahla maşından düşərək hücuma keçdiyi görünür.

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey