Tbilisidə minlərlə insanın iştirakı ilə “Gürcü Arzusu”nun seçki kampaniyasının yekun tədbiri baş tutub

Hakim “Gürcü arzusu” partiyasının paytaxt Tbilisidə seçki kampaniyasının yekun tədbiri baş tutub.

“Azadlıq Meydanı”nda baş tutan aksiyaya şəhərin müxtəlif yerlərindən yürüş təşkil olunub.

“Azadlıq meydanında vətəndaşlar qarşısında Tbilisi meri Kaxa Kaladze, baş nazir İrakli Kobaxidze, “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili, parlamentin sədri Şalva Papuaşvili, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze və “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili çıxış edib.

“Gürcü arzusu”nun liderləri çıxışlarında 26 oktyabr parlament seçkiləri ilə bağlı seçicilərə müraciət ediblər.

Qeyd edək ki, bugünkü tədbirin sonunda “Gürcü Arzusu”nun fəxri sədrinin oğlu Bera İvanişvili də toplantı iştirakçıları qarşısında çıxış edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey