Qaxaria Serbiya silahlarının Ermənistana Gürcüstan ərazisindən daşınmasına münasibət bildirdi
“Gürcüstanla Azərbaycan arasında heçbir anlaşılmazlıq yoxdur, bizim strateji tərəfdaşlığımızı və qardaşlığımızı heçnə təhdid etmir”.
Bu sözləri Baş nazir Giorgi Qaxaria jurnalistlərə verdiyi açıqlamasında deyib.
Baş nazir, Azərbaycan mediasında Gürcüstan üzərindən Ermənistana döyüş maşınlarının keçirildiyi barədə yayılan məlumatları da şərh edib. Nazir bu məsələnin media tərəfindən təstiqlənmədən yayılmış məlumat olduğunu bildirib:
“Gürcüstanın siyasi problemi olmayacaq, çünki biz beynəlxalq hüquq normalarına uyğun olaraq vəzifələrimizi yerinə yetiririk. Əvvəla, bu yalnız və yalnız mediada təstiqlənmədən yayılmış məlumatdır. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığı və qardaşlığı heçnə təhdid etmir. Bu cür yüksək keyfiyyətli əlaqəmizi heç bir şey təhdid edə bilməz. Fotodakı maşınlar sadəcə yük maşını idi və orada heçbir silah yox idi”.
Baş nazir “Məlumatın Azərbaycan dövlət mediasının yaydığı” barədə verilən sualı da cavablandırıb:
“Dövlət mediası nə deməkdir? Gürcüstan tranzit ölkədir, buna şübhə edirsiniz ?! Gəlin belə razılaşaq, Gürcüstanla Azərbaycan arasında heçbir anlaşılmazlıq yoxdur”, – deyə Qaxaria bildirib.
Xatırladaq ki, Azərbaycan mediası Serbiya və Rusiyadan Ermənistana Gürcüstan üzərindən hərbi texnikaların keçirildiyi barədə məlumat və fotolar yayımlayıb.