Türkiyə Təhlükəsizlik Şurası: Azərbaycan və Ermənistan arasında sülh bölgədəki bütün tərəflərə müsbət təsir göstərəcək

Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasını alqışlayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mayın 22-də Ankarada keçirilmiş Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasından sonra yayılan bəyanatda Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasından məmnunluq ifadə olunub.

Bəyanatda Türkiyənin regionda davamlı sülhün və sabitliyin təmin olunması, xüsusilə Bakı və İrəvan arasında münasibətlərin normallaşması üçün göstərilən səyləri dəstəklədiyi vurğulanır. Bildirilir ki, bu proses yalnız tərəflər üçün deyil, bütövlükdə bölgə dövlətləri və digər maraqlı aktorlar üçün də müsbət nəticələr vəd edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey