FAO: Azərbaycan dünyanın bioloji baxımdan ən zəngin ekosistemlərindən biridir

Azərbaycan dünyanın bioloji cəhətdən ən zəngin və eyni zamanda ən çox təhdid altında olan ekosistemlərindən biri olan Qafqaz regionunun bir hissəsidir. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat biomüxtəlifliyə həsr olunmuş günlə bağlı müraciətində bildirib.

Onun sözlərinə görə, Azərbaycan unikal təbiəti və mikroiqlimləri ilə regionun ən biomüxtəlif ölkələrindən biridir. Lakin davamlı olmayan torpaq istifadəsi, qanunsuz ov və balıqçılıq, çirklənmə və iqlim dəyişikliyi biomüxtəlifliyə ciddi təhdid yaradır.

FAO rəsmisi qeyd edib ki, biomüxtəlifliyin qorunması üçün ölkədə 10,3%-ni əhatə edən mühafizə olunan ərazi şəbəkəsi mövcuddur. Şirvan və Hirkan milli parkları bu sahədə nümunəvi ərazilərdir. Şirvan Parkı miqrasiya edən quşlar üçün vacib dayanacaq, Hirkan isə UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan qədim meşələrlə fərqlənir.

Mühafizə olunan ərazilərin idarəetməsinin təkmilləşdirilməsi məqsədilə ETSN və FAO-nun GEF-in maliyyə dəstəyi ilə birgə layihəsi həyata keçirilir. Layihə biomüxtəlifliyin qorunmasında inteqrasiya olunmuş, landşaft əsaslı yanaşmanı təşviq edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey